Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

Futbol üzrə Almaniya milli komandasının baş məşqçi Hans-Diter Fliki istefaya göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının saytında məlumat yayılıb.

Assosiasiyanın rəhbəri Bernd Neuendorf qərarın qaçılmaz olduğunu, milliyə son məyusedici nəticələrdən sonra yeni təkan lazım olduğunu söyləyib.

Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiya millisinə uduzub. Görüş 1:4 hesabı ilə başa çatıb. Bundan əvvəl almanlar ardıcıl dörd yoxlama oyununda məğlub olmuşdular.

Teqlər: