Almaniya millisi 2022-ci il dünya çempionatına vəsiqə qazanıb

Futbol üzrə Almaniya milli komandası 2022-ci il dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniyanı 4-0 hesabı ilə məğlub edib.

AzerTimes-ın məlumatına görə, görüş Şimali Makedoniyanın Skopye şəhərində keçirilib.

Qolları Kay Haverts (50 -ci dəqiqə), Timo Verner (70, 73), Camal Musiala (83) vurublar.

Səkkiz oyundan sonra almanlar 21 xal toplayaraq, J qrupunda birinci yeri tutaraq 2022 -ci il dünya çempionatına vəsiqə qazanan ilk Avropa komandası olublar.

Teqlər: