Almaniya kansleri İsrailə səfər edəcək

Almaniya kansleri İsrailə səfər edəcək

Almaniya kansleri Olaf Şolts İordaniya səfərindən sonra martın 17-də İsrailə gələcək.

AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, bu, 7 oktyabr hadisələrindən sonra kanslerin İsrailə ikinci səfəridir. Öncəki “həmrəylik səfəri”ndən fərqli olaraq, bu dəfə Şolts Qəzza sektoruna humanitar yardımların çatdırılmasına və İsrailin Rəfaha mümkün əməliyyatının qarşısını almağa çalışacaq.

Teqlər: