Almaniya təmsilçisi Sara Foss 13,733 xalla Bakıda keçirilən
bədii gimnastika üzrə FIG Dünya Kubokunda gimnastika tiri üzərində
hərəkətlərdə birinci yeri qazanıb.
AzerTimes-ın
məlumatına görə, ikinci yerdə 12,966 xalla Laurette Sharpi
(Fransa), üçüncü yerdə 12,900 xal qazanaraq Daniela Batrona
(Ukrayna) qərarlaşıblar.
Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.
2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.
Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.