Almaniya ərzaq təhlükəsizliyinin təmin edilməsinə 4 milyard avro ayırır

Almaniya dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə bu il
4 milyard avro ayıracaq.

Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri
Annalena Berbok BMT-də ərzaq təhlükəsizliyinə dair keçirilən
konfransda deyib.

“Almaniya bu il ərzaq təhlükəsizliyi üçün 4 milyard avro ayırır.
Almaniya hakimiyyət orqanları bu maliyyə limitlərindən kənara
çıxmağa hazırdır”, – deyə nazir bildirib.

“Acı həqiqət ondan ibarətdir ki, qlobal ərzaq böhranı bir neçə
saatda həll edilə bilməz. Aclığa səbəb olan bütün amillərə diqqət
yetirməliyik”, – deyə XİN rəhbəri bildirib.