Almaniya enerji qiymətlərinin artması fonunda əhaliyə dəstək tədbirlərinə 17 milyard avro yönəldəcək

Almaniyanın yerli hakimiyyət orqanlarının artan enerji
qiymətləri fonunda əhali üçün razılaşdırdığı dəstək paketi bu il 17
milyard avro təşkil edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın
maliyyə naziri Kristian Lindner Bundestaqda çıxışı zamanı
deyib.

Onun sözlərinə görə, dəstək proqramı 300 avro həcmində vergi
endirimi, benzin və dizelə endirimlər, həmçinin hər bir uşaq üçün
ailələrə 100 avro birdəfəlik ödəməni nəzərdə tutur. Bundan əlavə,
ictimai nəqliyyat biletlərinin aylıq qiymətini 9 avro səviyyəsində
müəyyən etmək təklif edilir.