Almaniya Əfqanıstanda daimi diplomatik missiyasını saxlamaq istəyir – Naziri

Almaniya bir sıra şərtlərin yerinə yetirilməsi şərtilə Əfqanıstana humanitar yardım göstərməyə və onun inkişafına dəstək verməyə hazırdır.

AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas Avropa İttifaqı xarici işlər nazirlərinin ilin sonuna qədər Avropa İttifaqı Şurasında sədrlik edən Sloveniyanın paytaxtında keçirilən qeyri-rəsmi görüşündə bildirib.

Almaniyalı nazir deyib: “Əfqanıstanda istəsək də istəməsək də yeni reallıq var. Aİ orada müəyyən bir rol oynamaq istəyirsə, o zaman tez hərəkət etməlidir” dedi Maas.

“İndi Əfqanıstanla bağlı mövqeyimizi çox tez müəyyənləşdirməliyik”, – Maas qeyd edib.

Teqlər: