Alman nazir Kiyevdə bomba sığınacağında qaldı

Alman nazir Kiyevdə bomba sığınacağında qaldı

Ukraynada səfərdə olan Almaniyanın iqtisadiyyat naziri Robert Habek bu gecə Kiyevdəki otellərin birinin bomba sığınacağına çevrilmiş yeraltı qarajına düşmək məcburiyyətində qalıb.

AzerTimes xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata əsasən, Habek və alman nümayəndə heyəti təxminən saat yarım sığınacaqda qalıb.

Qeyd edək ki, Robert Habek aprelin 18-dən bəri Kiyevdə səfərdədir.

Teqlər: