Allahşükür Paşazadə Tokayevlə görüşdü

Allahşükür Paşazadə Tokayevlə görüşdü

Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

AzerTimes xəbər verir ki, məlumatı Qazaxıstan mediası yayıb.

Qazaxıstanın dövlət başçısı Dünya Ruhani Liderlərinin Konqresinin nəticələrinin qlobal çağırışlar qarşısında ümumi birliyə töhfə verəcəyinə, millətlərarası harmoniyanın, sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Tokayevin Bakıya son səfərinin nəticələrini müsbət qiymətləndirib, həmçinin Qazaxıstanın dinlər və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Teqlər: