ABŞ Türkiyəyə vermədi, Yunanıstana göndərdi

ABŞ Türkiyəyə vermədi, Yunanıstana göndərdi

Yunanıstan Hərbi Hava Qüvvələri ABŞ-dan iki təkmilləşdirilmiş F-16 hərbi təyyarəsi alıb.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“Afinadakı Tanaqra hava bazasında iki ədəd F-16 təyyarəsi nümayiş etdirilib. Bunlar yunan aerokosmik sənayesi tərəfindən ABŞ-ın “Lockheed Martin” şirkəti ilə birlikdə 2027-ci ilin sonuna qədər müasir elektronika, radar və silahlarla yenidən təchiz ediləcək 83 təyyarədən yalnız ikisidir”, – məlumatda qeyd olunub.

Teqlər: