Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada bir qrup alim COVID-19 infeksiyasına qarşı dərman preparatının yaradılması üçün test sistemi hazırlayıb.
Trend-in məlumatına görə, yeni sistem koronavirusun çoxalması üçün lazım olan fermentin fəallığının qarşısını alan kimyəvi maddələrin səmərəliliyini 10-15 dəqiqə ərzində qiymətləndirir.
Qeyd olunur ki, bu test sistemi koronavirusa qarşı dərmanın hazırlanmasına yola açacaq.
Sistem Rusiya Elmlər Akademiyasının Kimyəvi biologiya İnstitutunun, Bioüzvi kimya İnstitutunun, Federal immun-bioloji preparatların tədqiqatı və hazırlanması elmi mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.