Müəyyən bir antidepresan qrupunun (selektiv serotoninin geri alınması inhibitorlar-SSRI) qəbulu COVID-19 olan xəstələrdə ölüm riskini azaldır.
Trend xəbər verir ki, bu qənaətə Kaliforniya və Stenford universitetlərinin alimləri apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər.
Alimlər ABŞ-da 500 min xəstənin tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər. Onlardan 83,5 min nəfərinə 2020-ci ilin yanvar-sentyabr aylarında koronavirus diaqnozu qoyulub. Bu qrupda 3,4 min nəfərə antidepresantlar təyin edilib.
Nəticədə onlar müəyyən ediblər ki, fluoksetin (SSRI qrupundan olan dərman) qəbul edənlərdə ölüm riski nəzarət qrupuna nisbətən 28% azdır. Fluoksetin və ya fluvoksamin (başqa bir SSRI dərmanı) qəbul edənlərin riski 26% aşağı idi.
Eyni zamanda alimlər qeyd ediblər ki, koronavirusdan ölüm hallarını azaltmaq üçün antidepresanların istifadəsinin effektivliyini yalnız geniş miqyaslı randomizə olunmuş klinik sınaqlardan sonra təsdiqləmək mümkün olacaq.