Ali Rada: Bu, Ukraynanın dağılmasına səbəb ola bilər

Ali Rada: Bu, Ukraynanın dağılmasına səbəb ola bilər

Ukraynada hərbi vəziyyət dövründə seçkinin keçirilməsi dövlətin “çökməsinə” səbəb ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın rəhbəri Ruslan Stefançuk deyib.

“Biz Ukraynadan kənarda olan 7 milyona insan üçün səsverməni necə təşkil edəcəyimizi bilmirik. Əgər müharibə zamanı seçki keçirilsə, bu, dövlətin dağılmasına səbəb ola bilər. Ölkədə hərbi vəziyyət ləğv edildikdən sonra seçkinin keçirilməsi məntiqlidir”, – o bildirib.

Qeyd edək ki, Ukraynada parlament seçkisi payızda keçiriləcək. Lakin 2022-ci il fevralın 24-dən ölkədə hərbi vəziyyət rejimi tətbiq edilib ki, bu müddət ərzində qanuna görə seçki keçirilə bilməz.

Teqlər: