Ali Məhkəməyə hakimlər təyin edildi

Ali Məhkəməyə hakimlər təyin edildi

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Əhliman Mehman oğlu Xıdırovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Məhərrəm oğlu Abdulovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Baba oğlu Babayevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmməd oğlu Məmmədovun və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfər oğlu Cəfərovun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Teqlər: