Ali Məhkəmə hakimin təhqir olunmasına görə müvafiq dövlət qurumlarına müraciət edib

Ali Məhkəmə sosial şəbəkələrdə hakim barəsində yayılan təhqiramiz ifadələrə aydınlıq gətirib.

Qurumdan AzerTimes-a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikasının Ali Məhkəməsi son günlər sosial şəbəkələrdə yayılan Ali Məhkəmənin hakimi barəsində təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir.

Ali Məhkəmə hesab edir ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyələrinə zidd olan hərəkət olmaqla yanaşı, ümumilikdə dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır.


Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilmişdir.

Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar”.

Teqlər: