Aleksandr Usik Coşuanı yenə məğlub etdi – Video

Aleksandr Usik Coşuanı yenə məğlub etdi – Video

WBA, IBF, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu ukraynalı Aleksandr Usik britaniyalı Entoni Coşua ilə üz-üzə gəlib.

AzerTimes xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş 12 raund davam edib.

Usik hakimlərin qərarına əsasən qalib elan olunub.

Ukraynalı idmançı karyerasındakı 20-ci qarşılaşmasında 20-ci qələbəsini qazanıb.

Bu, boksçular arasında cavab görüşü idi. 2021-ci ilin sentyabrında İngiltərədə gerçəkləşən ilk döyüşdə də Aleksandr Usik rəqibini məğlub etmişdi.

Teqlər: