Albaniyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana rəsmi səfəri
aprelin 15-də başa çatıb.

AzerTimes-ın məlumatına görə, hər
iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.

Albaniyanın Baş naziri Edi Ramanı Azərbaycanın Baş nazirinin
müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf
Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Teqlər: