Alaves” “Atletiko”ya qalib gəldi

Madridin “Atletiko” futbol klubu İspaniya çempionatının yeddinci turunda səfərdə “Alaves”ə 0:1 hesabı ilə uduzub.

Trend xəbər verir ki, dördüncü dəqiqədə yeganə qolu “Alaves”in müdafiəçisi Viktor Laquardiya vurub.

Bu, “Atletiko”nun 2021/22 mövsümündə ilk məğlubiyyəti olub. “Alaves” mövsümdəki ilk qələbəsini qazanıb.

“Atletiko” 14 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci olub, “Alaves” 3 xalla 19-cu pilləyə yüksəlib.

Teqlər: