“Al Market”-ə Fəxri Diplom verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və
təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı
müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırılma mərasimində “Azərsun Holdinq” Şirkətlər qrupu “Al Market” MMC-nin kollektivinə “Sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması” üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)”
devizi ilə 2021-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı
nəticələrinə görə fəxri diplom verilib.

Qeyd edək ki, bu gün ölkənin dörd bir bölgəsində fəaliyyət
göstərən “Al Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq
məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin
özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun
qiymət” sloqanını əsas tutan “Al Market”lər ailənizin ehtiyacları
üçün minlərlə məhsulla xidmətinizdədir.

Teqlər: