Aktyora bacısından qaraciyər köçürüldü

Aktyora bacısından qaraciyər köçürüldü

Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

Bu barədə AzerTimes-a aktyorun həyat yoldaşı məlumat verib.

O bildirib ki, əməliyyat uğurla başa çatıb:

“Hazırda Elvin oyanıb və vəziyyəti stabildir. Donor da yaxşıdır. Əməliyyat 6 saatdan çox davam etdi. Hər şey qaydasında olarsa, həkimlər 12-15 günə evə buraxılacağını bildirdilər”.

Qeyd edək ki, uzun müddət qaraciyər serrozundan əziyyət çəkən aktyorun donoru bacısı olub.

Teqlər: