Qazaxıstanın Aktau şəhərinin hava limanı bu gün fəaliyyətini bərpa edir.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Mangistau vilayətinin komendaturasından bildiriblər.
Məlumata əsasən, aviareyslər yerli vaxtla saat 10:00-dan (Bakı vaxtı ilə saat 08:00) həyata keçirilməyə başlayacaq.
Qeyd edək ki, Qazaxıstanda baş verən kütləvi etiraz aksiyaları və iğtişaşlar səbəbilə Aktau, Almatı və Aktobe şəhərlərinin hava limanları fəaliyyətlərini dayandırmışdı.