Aksiyaya 100-dək yeni ekofəal və könüllü qoşuldu

Aksiyaya 100-dək yeni ekofəal və könüllü qoşuldu

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səhər saatlarında da davam edir.

AzerTimes xəbər verir ki, ekofəallar artıq on 12 gündür yüksək qətiyyət nümayiş etdirərək vətənpərvərlik ruhunda və ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.

Bu gün səhər saatlarında daha 100-dək ekofəal və gənc könüllülər aksiyaya qoşulub. Əvvəlcə onlara aksiyada xoşagəlməz halların baş verməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məlumatlar verilib.

Hazırda ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!” “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Teqlər: