Aksiyaçılar istəyinə nail oldu, Tiflis geri çəkildi

Aksiyaçılar istəyinə nail oldu, Tiflis geri çəkildi

Etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə hakim komandanın, parlament çoxluğunun, eləcə də qanun layihəsinin təşəbbüskarı olan “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, “yalan maşını” qanun layihəsini mənfi formada təqdim etdiyindən, cəmiyyətin müəyyən hissəsini çaşdırıb və ziddiyyətli fikirlər yaranıb:

“Rusiya hüququ” damğası vuruldu və onun ilk iclasda qəbul edilməsi ölkənin Avropa kursundan dönməsi kimi təqdim olundu. Cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hakim qüvvə olaraq qərara gəldik ki, qeyd-şərtsiz, heç bir razılıq olmadan, tərəfimizdən dəstəklənən qanun layihəsini geri götürək”.

Qeyd edək ki, “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulu Gürcüstanda genişmiqyaslı aksiyalara səbəb olub.

Teqlər: