Akşənər FETÖ-nun göstərişi ilə “Altılı masa”ya qayıdıb?

Akşənər FETÖ-nun göstərişi ilə “Altılı masa”ya qayıdıb?

Türkiyədə “Altılı masa”dan İYİ Partiyanın rəhbəri Maral Akşənərin ayrılması ilə başlayan gərginlik, gələn təzyiqlərdən sonra partiya sədrinin yenidən masaya qayıtması ilə nəticələnmişdi. İYİ Partiyanın Ümumi İdarə Heyətinin üzvlüyündən istefa edən Rəşad Ərdoğan FETÖ-çuların təlimatı ilə Akşənərin masaya qayıtdığını iddia edib.

AzerTimes xəbər verir ki, R. Ərdoğan bu barədə ölkə mediasına açıqlamasında bildirib.

O qeyd edib ki, M. Akşənər başçılıq etdiyi iclasda və idarə heyəti qarşısında qəbul etdiyi qərarı yox saymış oldu:

“İYİ Partiyasının qurucularından biri olaraq söyləyirəm. Bu göstəriş düz okeanın o tayından gəldi. Akşənər millətçi səslərin getməsinin qarşısını almaq üçün özünəməxsus şəkildə hərəkət etməyə çalışır. Bu ölkədə heç kim 7 başlı struktura səs verməz. Akşənər hələ də baş verənləri görməzdən gəlsin. Bələdiyyə seçkilərində olduğu kimi, HDP artıq “Altılı masa”nın yeddinci ortağıdır”.

Teqlər: