Akrobatlarımız Avropada qızıl medal qazandılar

Akrobatlarımız Avropada qızıl medal qazandılar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıb.

AzerTimes xəbər verir ki, onlar balans hərəkətlərində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük temp hərəkətlərində Avropa çempionu olub.

Teqlər: