Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qadın cütlüklər arasında finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə
12-ci Dünya Yaş Qrupları Yarışlarının final günü çərçivəsində 13-19
yaş kateqoriyası üzrə qadın cütlüklər arasında finalçılar
müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, qadın cütlüklər arasında finala Sem
Yanssens və Silke Maharis (Belçika, 55,010), Roni Koen və Maya
Velner (İsrail, 54,990), Yuliya Litvinkova və Varvara Roqulyova
(Rusiya, 54,400), Lara Fernandes və Katarina Qonsalves
(Portuqaliya, 53,400), Uillon Noubl vı Sidni Padios (ABŞ, 52,650),
Mia Olsen və Alisa Karsdorf (Almaniya, 52,420), Anjelika Boboşko və
Valeriya Muravkina (Qazaxıstan, 52,250), Xloya Hopkins və Polli
Meqqs (Böyük Britaniya, 51,030) keçiblər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Teqlər: