Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı başa çatıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Fevralın 25-də Bakı Milli Gimnastika Arenasında akrobatika
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
başa çatıb.

Trend-in
məlumatına görə, yarışlar iki gün davam edib.

Qeyd edək ki, fevralın 24-25-də Milli Gimnastika Arenasında
keçirilən akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi
və Bakı Çempionatında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi,
“Neftçi” İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami
rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbini 41 idmançı təmsil edib.

İki günlük yarışlarda qadın cütlükləri (balacalar – 2007-2016;
yeniyetmələr – 2004-2010; böyüklər – 2007-ci il və daha böyük),
kişi cütlükləri (yeniyetmələr – 2004-2010; böyüklər – 2007-ci il və
daha böyük), qarışıq cütlüklər (yeniyetmələr – 2004-2010; böyüklər
– 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar-2007-2016;
yeniyetmələr-2004-2010; gənclər-2003-2009) medallar uğrunda
çoxnövçülükdə mübarizə aparıb.


Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə
tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji
tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: