AKP-dən Sinan Oğan açıqlaması: Ona səs verənlər…

AKP-dən Sinan Oğan açıqlaması: Ona səs verənlər…

Səs faizini açıqlaya bilmərəm, amma Sinan bəyə (Sinan Oğan, ATA İttifaqının namizədi – red.) verilən səslərin hansı qutulardan çıxdığını bilirik.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının (AKP) sözçüsü Ömər Çelik CNN TÜRK müxbiri Fulya Öztürkə açıqlamasında deyib.

“Araşdırdıqda Sinan bəyə səs verənlərin prioritetinin Türkiyənin bütövlüyü, terrorla mübarizə, miqrasiya ilə əlaqəli məsələlər olduğunu görürük. Türkiyə qaçqın düşərgəsi deyil. Bu insanlar sonsuza qədər burada qalmayacaq. Qürurla qayıdacaqlar. Oğanın seçisindən böyük dəstək gözləyirik”, – deyə Çelik bildirib.

Teqlər: