Akardan Yunanıstana mesaj: Cavabımız olacaq!

Akardan Yunanıstana mesaj: Cavabımız olacaq!

Yunanıstanın etdiyi hər cür haqqsız, hüquqsuz addımlara qarşı diplomatik sahədə və meydanda lazımi qarşılıq həmişə verilib, bundan sonra da veriləcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Biz həmişə bütün qonşularımızın sərhədlərinə, hüquqlarına və qanunlarına hörmətlə yanaşdığımızı, bütün münasibətlərimizdə sülh, dostluq, dialoq, mehriban qonşuluq və əməkdaşlıq gözlədiyimizi ifadə və bəyan etmişik. Xoş niyyətli, realist və səmimi yanaşmalarımıza rəğmən Yunanıstan gərginliyi artırmaq üçün qeyri-qanuni mövqeyini və təxribatlarını davam etdirir. Bütün müttəfiqlər əvvəlcədən xəbərdar edilsə də, Yunanıstan NATO-nun planlaşdırılan təlimlərində xidmət edən təyyarələrimizə iki dəfə təzyiq edilib. Ancaq təyyarələrimiz həmişəki kimi cavab verib. Bu düşmən münasibəti Yunanıstanın o qədər təkəbbürlü olduğunu göstərir. Bu isə onların NATO-nun əsas prinsip və dəyərlərinə məhəl qoymadığını deməyə əsas verir”, – o bildirib.

Nazir qeyd edib ki, Yunanıstan 1922-ci il sentyabrın 9-da baş verənlərdən dərs almalıdır:

“Siyasi varlığını Türkiyəyə düşmən olaraq quranlar provokatif addımlarla yenə səhnədədir. Qonşumuz yunan xalqı da, biz də onları çox yaxşı tanıyırıq. Bizim gözləntimiz bu yunan siyasətçiləri və hərbi xadimləri daxili siyasi məqsədlər üçün barışmaz və təxribatçı mövqelərindən dərhal əl çəkmələri və problemlərin dialoq yolu ilə həllinə diqqət yetirmələridir. Onlar tarixdən, xüsusilə də 1922-ci il sentyabrın 9-da baş verənlərdən dərs almalıdır. Gələcəyinin yaxşı olmasını istəyənlər dünənin və bu günün səhvlərindən dönməlidir. İstəyimiz Egey və Aralıq dənizinin dostluq dənizi olması və bütün sərvətlərin ədalətli şəkildə paylaşılmasıdır.

Teqlər: