Akardan sərt xəbərdarlıq: Altından qalxa bilmərsiniz!

Akardan sərt xəbərdarlıq: Altından qalxa bilmərsiniz!

Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkənin sərhədində çəkildiyi iddia edilən qanunsuz köçlə bağlı yayılan videoya münasibət bildirib.

AzerTimes xəbər verir ki, Akar bəzi şəxslərin bu kimi videoları paylaşmaqla cəmiyyət arasında ajiotaj yaratdığını deyib.

“Bir dəfə də olsun əlindəki videonun harada çəkilməsi ilə maraqlan. Türkiyə sərhədi olduğunu zənn edib, bu barədə fikirlər söyləyirsiniz. İnanın altından qalxa bilmərsiniz! Həmin görüntülər Əfqanıstan-İran, Əfqanıstan-Pakistan sərhədində çəkilib. İndi buna nə deyəcəksiniz? Vətən, millət deyərək çətin ərazi və hava şəraitində xidmət edən “mehmetçik”ə nə cavab verəcəksiniz?”, – Akar vurğulayıb.

Teqlər: