Akardan növbəti Azərbaycan açıqlaması

Akardan növbəti Azərbaycan açıqlaması

Can Azərbaycan otuz il işğal altında saxlanılan öz torpaqlarını 44 günlük “Tək Vətən hərəkatı” ilə Ermənistanın işğalından azad etmişdir. Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim və təhsil fəaliyyətlərində iştirak edir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, işğaldan azad edilən Azərbaycan bölgələrinin minalardan təmizlənməsi davam etdirilir:

“Bu çərçivədə 12 min nəfərlik heyətə təlim keçirilib, 4 min 500 partlayıcı aşkarlanıb, həmçinin 284 kvadrat kilometr ərazini minalardan təmizləmişik. Türkiyə Qafqaz bölgəsinin də sahibliyinə önəm verir, bölgədə sülhün yaranmasına ciddi səylər göstərir. Bu çərçivədə həftə içində Kayseridə Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri ilə önəmli rola malik birgə toplantı keçirilib. “İki dövlət, bir millət, bir ordu!” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz Azərbaycan türklərinin haqlı yolunda bundan sonra da yanında olmağa davam edəcəyik”.

Teqlər: