Akar Şoyqu ilə Ukraynanı müzakirə etdi

Akar Şoyqu ilə Ukraynanı müzakirə etdi

Türkiyə milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Ukrayna və Suriya başda olmaqla regional problemləri, təhlükəsizlik məsələlərini müzakirə ediblər.

H.Akar Ukraynada təcili atəşkəs elan edilməsinin önəmini bir daha vurğulayıb.

Türk nazir həmçinin taxıl dəhlizi ilə bağlı gedişatdan danışıb.

Teqlər: