Akar dəvət etdi, Kubrakov Kayseriyə gedir

Akar dəvət etdi, Kubrakov Kayseriyə gedir

Aprelin 18-də Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Türkiyəyə səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Kubrakov Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Kayseriyə səfər edəcək.

Qeyd olunub ki, görüşdə ikitərəfli məsələlər, xüsusilə də Türkiyənin təşəbbüsləri ilə yaradılmış taxıl dəhlizi müzakirə ediləcək.

Teqlər: