Aİ və ÜST Şərq tərəfdaşlığı ölkələrində peyvəndləməni dəstəkləyəcək

Xəbər - Tamilla Məmmədova, tərcümə Orxan Nəbiyev – Trend:

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu Şərq tərəfdaşlığı ölkələrinə vaksin tədarükü və peyvəndləmə ilə bağlı birgə fəaliyyət göstərəcək.

AzerTimes-ın məlumatına görə, layihənin ümumi büdcəsi 40 milyon avro təşkil edəcək və Aİ ilə ÜST-ün birgə reallaşdırdığı ən iri layihə olacaq.


Bu layihə ÜST-ün COVAX və ya Aİ-nin Mübadilə mexanizmi kimi proqramlara əlavə olunacaq.

Teqlər: