Aİ Ukraynaya 500 milyard avro yardım ayıracaq

Aİ Ukraynaya 500 milyard avro yardım ayıracaq

Avropa İttifaqı Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox vəsait ayıra bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Məlumata görə, bu həftə İsveçrənin Luqano şəhərində keçiriləcək donor konfransında Ukrayna ölkənin yenidən qurulması üçün genişmiqyaslı layihəni təqdim edəcək. Plan 2000-ə yaxın səhifədən ibarətdir və infrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyata investisiyalar, eləcə də enerji resurslarının şaxələndirilməsi sahəsində layihələrin geniş siyahısını ehtiva edir.

“Avropa Komissiyası artıq qrantlar və kreditlər daxil olmaqla maliyyələşdirmə variantlarını araşdırır. Rəsmilər Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdiyi müddətdə şərh verməkdən çəkinirlər”, – məlumatda qeyd oluunb.

Teqlər: