Aİ Ukrayna, Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətlərinə baxmağa başlayıb

Avropa İttifaqı (Aİ) Ukrayna, Gürcüstan və Moldovanın təşkilata
qəbul edilməsi müraciəti ilə bağlı yazılı prosedura başlayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Fransanın Aİ
Şurasına sədrliyi yazıb.

“Aİ Ukrayna, Gürcüstan və Moldovadan Aİ-yə qəbul üçün müraciət
edən sorğulara Avropa Komissiyasının cavablarının hazırlanması üçün
yazılı prosedura başlayıb”, – deyə qeyd olunub.


Ekspertlərin fikrincə, Avropa Komissiyası bu müraciətlərlə bağlı
rəsmi rəy bildirməlidir. Sonra 27 ölkə uzun və mürəkkəb danışıqlara
başlamaq üçün Ukrayna, Gürcüstan və Moldovaya namizəd statusunun
verilməsinə razı olub-olmaması barədə razılığa gəlməlidir.