Avropa İttifaqı Şurası Şimali Koreyanın sanksiya siyahısına
səkkiz fiziki və dörd qurumu əlavə etdiyini açıqlayıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Şuranın dərc olunan kommünikesində
bildirilib.
“Bu məhdudlaşdırıcı tədbirlərə (Aİ ölkələrinə) səyahət qadağası,
aktivlərin dondurulması və bu siyahıdakı şəxslərə vəsait və ya
iqtisadi resursların verilməsinə qadağa daxildir,” – deyə qeyd
olunub.