Aİ “Şərq tərəfdaşlığı” regionunda mətbuata dəstək göstərmək niyyətindədir – Səfir

Avropa İttifaqı (Aİ) “Şərq tərəfdaşlığı” regionunda mətbuata
dəstək göstərmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Aİ-nin
Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr
olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ artıq Azərbaycanda məşğələlər keçirmək
yolu ilə jurnalistlərə dəstək göstərir.

Səfir, həmçinin, Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanunun vacibliyini vurğulayıb.

“Mən Azərbaycan hökuməti ilə görüşlərdə bu qanunun nə qədər
vacib olduğunu bildirmişəm. Biz onun icrasını diqqətlə izləyirik”,
– P.Mixalko deyib.

Teqlər: