Avropa İttifaqına üzv ölkələrin səfirləri bu gün Rusiyaya qarşı
altıncı sanksiyalar paketini müzakirə edəcəklər.
Trend xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki
nümayəndəliyinin “Twitter” hesabında paylaşım edilib.
Həmçinin qeyd edilib ki, diplomatlar ərzaq təhlükəsizliyi
sahəsində vəziyyəti də müzakirə edəcəklər.