Ukraynada baş verən hadisələr fonunda Rusiyaya qarşı növbəti
sanksiyalar müzakirə edilərkən, Avropa İttifaqı (Aİ) bank
sektoruna, xüsusən “Sberbank”a qarşı tədbirləri, həmçinin enerji
sektorunda məhdudiyyətləri nəzərdən keçirir.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Bild am Sonntag” qəzetinə Avropa
Komissiysının sədri Ursula fon der Leyen bildirib.
“Biz bank sektoruna, xüsusən də Rusiya bank sektorunun 37%-ni
təşkil edən “Sberbank”ı nəzərdən keçirməyə davam edirik”, – deyə
Ursula fon der Leyen Rusiyaya qarşı altıncı sanksiyalar paketinin
əsas bəndlərini şərh edərkən qeyd edib.
Eyni zamanda o əlavə edib ki, əsas məqsəd Rusiya hakimiyyətinin
gəlirlərini azaltmaqdır.