Aİ Rusiyanın iş adamlarına qarşı yeni sanksiyalar tətbiq edəcək – Borrel

Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiyanın
iş adamlarına və elitasının nümayəndələrinə qarşı yeni sanksiyalar
tətbiq edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel
bildirib.


“Biz qara siyahıya oliqarxları da əlavə etməklə onu
genişləndirəcəyik. Sistemdən mənfəət qazanan elitanı hədəfə
alacağıq”, – deyə J.Borrel qeyd edib.