Aİ rusiyalı iş adamlarına, siyasətçilərə və jurnalistlərə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Ukraynadakı “hərbi əməliyyat”a görə beşinci
sanksiyalar paketi çərçivəsində Rusiyanın 217 iş adamı, siyasətçisi
və jurnalistinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.

Aİ vurğulayıb ki, onların arasında “yüksək vəzifəli Kreml
rəsmiləri, iş adamları – Moşe Kantor, Boris Rotenberq və Oleq
Deripaska, enerji, maliyyə, media, müdafiə və hərbi sənaye kimi
iqtisadiyyatın əsas sektorlarında çalışan digər tanınmış iş
adamları, o cümlədən dezinformasiyanın, informasiyanın
manipulyasiyasının, Ukraynadakı vəziyyətlə bağlı Kreml tərəfindən
sistematik olaraq yalan məlumatların yayılmasının tərəfdarları”
var.