Aİ-nin qurumu COVID-ə qarşı daha iki dərmanı təsdiqləyib

Avropa Dərman Agentliyinin (EMA) İnsan Sağlamlığı üçün Dərman Komitəsi (CHMP) COVID-19 koronavirusu üçün Ronapreve və Regkirona dərmanlarına istifadəsinə icazə verilməsini tövsiyə edib.

Trend xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, CHMP Ronapreve və Regkirona ilə müalicənin virusa yoluxma riski olan xəstələr arasında xəstəxanaya yerləşdirmə və koronavirusdan ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azaltdığını göstərən araşdırmaların nəticələrini təhlil edib. Başqa bir araşdırmaya əsasəa, bir ailə üzvü COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna yoluxduğu təqdirdə Ronapreve ailə daxili koronavirusa yoluxma ehtimalını azaldır.


Komitə Ronapreve-nin böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün istifadəsini, Regkirona-nın isə yalnız böyüklər üçün istifadəsini tövsiyə edib. Yaxın vaxtlarda hər iki dərmanla bağlı tövsiyələr Avropa Komissiyasına göndəriləcək.

Teqlər: