Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran
üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib.
Trend-in
məlumatına görə, bu barədə T.Klaar özünün “Twitter” səhifəsində
yazıb.
“Bakıya qayıtmağıma şadam. Qarşılıqlı münasibətləri və gələcək
addımları müzakirə etmək üçün sabahkı müzakirələri səbirsizliklə
gözləyirəm”, – deyə xüsusi nümayəndə bildirib.