Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzərində
iş davam edir.
Trend-in məlumatına görə, bunu Aİ-nin
Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr
olunmuş mətbuat konfransında deyib.
“Biz əminik ki, bu saziş ikitərəfli əlaqələri yeni səviyyəyə
çıxaracaq”, – P.Mixalko deyib.
O qeyd edib ki, Aİ ilə Azərbaycan arasında əlaqələr
möhkəmlənməkdə davam edir.
(Tərcümə: Orxan Nəbiyev)