Aİ ilə Azərbaycan arasında vizasız rejimin tətbiqi daha məhsuldar əməkdaşlıq üçün vacib addım ola bilər – Səfir

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vizasız rejimin
tətbiq olunması daha məhsuldar əməkdaşlıq üçün vacib addım ola
bilər.

Trend-in
məlumatına görə, bunu Litvanın Azərbaycandakı səfiri Egidius
Navikas ADA Universitetində keçirilən “Avropa günü”nə həsr olunmuş
seminar zamanı deyib.

Səfir bu məsələni qaldıracağını bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında münasibətlər
ikinci Qarabağ müharibəsindən sonra dana intensiv mərhələyə
keçib.

“Aİ şirkətləri Qarabağda bərpa işlərində fəal iştirak edir. Aİ,
həmçinin Azərbaycanla Ermənistan arasında dinc münasibətlərin
qurulmasında vasitəçi kimi çıxış edir”, – səfir deyib.

O əlavə edib ki, Azərbaycan və Aİ vacib enerji
tərəfdaşlarıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: