Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya hərbi yardımın 500
milyon avro həcmində dördüncü tranşını təsdiqləmək
niyyətindədir.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa
İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin mayın 17-nə
planlaşdırılan görüşünün proqramını şərh edən yüksəkvəzifəli
avropalı məmur bildirib.
“Biz gələn həftə, təbii ki, milli büdcə prosedurlarını nəzərə
alaraq, siyasi razılığa emid edirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, görüşdə müdafiə nazirləri “yerdəki”
vəziyyəti və Aİ-nin müxtəlif fəaliyyət istiqamətlərini müzakirə
edəcəklər: hərbi, diplomatik və iqtisadi sahələrdə.
Qeyd edilir ki, görüşdə 27 üzv-ölkənin nazirləri ilə yanaşı,
NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri
Aleksiy Reznikov da iştirak edəcək.