Avropa İttifaqı (Aİ) Belarus banklarının SWIFT beynəlxalq
banklararası sistemindən ayrılması məsələsini müzakirə edir.
Trend-in
məlumatına görə, bu barədə Aİ-nin nümayəndəsi bildirib.
“Hazırda Belarusun maliyyə sektoru barəsində Rusiya ilə analoji
addımların atılması müzakirə olunur. Amma qeyd etmək lazımdır ki,
SWIFT sistemi Belarus üçün Rusiya qədər strateji əhəmiyyət
daşımır”, – deyə nümayəndə bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Aİ Rusiyanın 7 bankının
SWIFT-dən ayrıldığını elan etmişdi.