Aİ Azərbaycanla tərəfdaşlığın önəmini başa düşür – Türkiyədən şərh

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığın önəmini başa
düşür.

Bunu Trend
Türkiyənin Kadir Has Universitetinin iqtisadiyyat, inzibati və
sosial elmlər fakültəsinin beynəlxalq münasibətlər kafedrasının
professoru Dimitrios Triantafillu deyib.

“Bu gün Avropa İttifaqı Azərbaycanı öz qonşusu hesab edir.
Fikrimcə, Aİ Azərbaycanı öz sıralarına qəbul edə bilərdi. Amma
Prezident İlham Əliyev Aİ ilə gələcək sazişin imzalanması barədə
danışarkən Azərbaycan üçün daha real hədəflər qoydu”, – deyə
bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında sazişin mahiyyəti
regionda sabitliyin təmin olunmasındadır, bu, enerji və nəqliyyat
sahələrində əməkdaşlığın inkişafına imkan verəcək.

“Üçsaatlıq görüş ərzində Prezident İlham Əliyev Azərbaycanın
xarici siyasəti, özünün gələcəyə baxışı, eləcə də Ermənistanla sülh
prosesi haqqında danışdı. Prezident İlham Əliyevin detalları
anlayış bacarığını qeyd etmək istəyirəm”, – D.Triantafillu
deyib.

Professor qeyd edib ki, indi sülh prosesi çərçivəsində
Azərbaycan, Gürcüstan və Ermənistan regionun inkişafı naminə
iqtisadi ittifaq yarada bilər.

“Bu, təkcə yaxın qonşu olaraq Türkiyə və Rusiya ilə deyil, həm
də Aİ ölkələri ilə də enerji və nəqliyyat sahələrində əlaqələrin
genişlənməsinə xidmət edə bilər. Cəmiyyətə keçmişlə gələcək
arasında balans tapmaq çətin olur. Amma biz irəli baxmalıyıq.
Məsələn, mən yunan akademikəm, amma Türkiyə universitetində dərs
deyirəm. Bütün bunlar vaxt tələb edir, amma yekunda sülhə nail
olmaq vacibdir”, – o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: