Aİ Azərbaycanın şəhərlərində öz layihələrinin genişlənməsinə ümid edir – Səfir

Avropa İttifaqı Azərbaycanın şəhərlərində öz layihələrinin
genişlənməsinə ümid edir.

Trend-in
məlumatına görə, bunui Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko “Mayors for Economic Growth Facility” proqramı çərçivəsində
keçirilən tədbir zamanı deyib.

“Biz Aİ-nin Azərbaycan şəhərlərinin inklüziv və iqtisadi
inkişafının təmin olunmasında iştirakının genişlənməsinə ümid
edirik”, – deyə o bildirib.

Səfir qeyd edib ki, Aİ bu gün artıq Şəki, Lənkəran, Astara kimi
şəhərlərdə bir sıra layihələri inkişaf etdirir.

P.Mixalko əlavə edib ki, Aİ ümumilikdə Azərbaycanın 45 yaşayış
məntəqəsində layihələr icra edir.

(Tərcümə: Orxan Nəbiyev)